
“Cənnət Park” Yaşayış Kompleksi
“Cənnət Park” Yaşayış Kompleksi ekoloji cəhətdən təmiz bir rayonda yerləşməyi ilə yanaşı, ərazinin 80% hissəsində yaşılıq və parkların salınması ilə dahada gözəl təbiətə sahib olamaqdadır. Kompleksdə 5 ədəd 1 girişli, 18 ədəd 2 girişli yaşayış binaların tikintisi davam edir. Binalar 10 mərtəbəlidir. Kompleksdə qapalı avtomobil dayanacağı, hər binaya aid park, fasiləsiz isti-soyuq su, peyk televizya, sürətli internet, 24 saat mühafizə xidmətləri var. Bunlardan başqa:
Uşaq bağçası
İdman və əyləncə kompleksləri
Klinika və apteklər
Market və mağazalar
Gözəllik və sağlamlıq mərkəzləri
Restoran və kafelərlə 2,7 HA -lıq Cənnət Parkı sakinlərə xidmət göstərəcəkdir.
Əraziyə hal hazırda 20 yanvar dairəsindən və şəhərin bəzi yerlərindən marşrut avtobuslar gəlir.
Ərazinin yerləşmə cəhətdən əlverişli mövqedə olması Sumqayıt və Qobustana gedən yolların qısalığı ilə seçilir. 4 istiqamətdə olan yol ayrıcı, geriyə Bakıya, Şamaxıya, Sumqayıta və Qobustana getməklə kompleksin tam olaraq vətənimizin bütün istiqamətlərinə gedən yolların mərkəzində yerləşdiyinə işarədir.