Skip to content Skip to footer
Sual Cavab

Mənzillərin satışı

Bəli, yeni tikili menzilleri kreditlə almaq mümkündür. 10 il müddətinə daxili kreditlə mənzil əldə edə bilərsiz. 3 il müddətinə faizsizdir. Şərtlər müxtəlif dövrlərdə dəyişə bilər. Bank kreditləri və daxili kreditle menziller almaq mümkündür.

Bəli hazır yeni tikili mənzillər var. Təmirə hazır mənzillərimizin olub olmadığı barədə məlumatı satış şöbəsindən ala bilərsiniz. Əlaqə nömrələri: 012/050/070) 555 3 777 və ya «Zəng sifarişi» düyməsini klik edərək şəxsi nömrənizi yazın biz sizə zəng edək.

Bəli yeni binaların tikintisi davam edir. Digər yasayis kompleksleri ilə müqayisədə Cənnət Park yaşayış kompleksinin ərazisi çox böyükdür. Hazırda 27 binanın tililməsi nəzərdə tutlub. Onlardan 11 ədədi tikilib və əksər mənzillərdə yaşayış var.

Bəli, hazırda tikilməkdə olan binalarda yeni tikili mənzillərin qiyməti nisbətən aşağıdır. Bununla bağlı müxtəlif kampaniyalar keçiririk. Yeni tikili mənzillərimizi daha ucuz qiymətə əldə etmək istəyirsizsə əlaqə saxlayın.

Yeni tikili mənzillərimiz 1 otaqlı, 2 otaqlı və 3 otaqlı olaraq planlaşdırılıb. Mənzillər otaq sayından əlavə yaşayış sahəsinin ölçüsünə görə də fərqlənir.

Nəğd alınan yeni tikili menziller bina təhvil verildikdən sonra, kreditlə mənzillər aldıqda isə bina təhvil verildikdən və kredit borcu tam ödəndikdən sonra texniki pasposrtla təmin olunur.

Sual Cavab

Mənzillərin vəziyyəti

Binalar sakinlərin istifadəsinə verildikdən sonra mənzillər qazla təmin olunur.

Bakı şəhərindən, 20 Yanvar dairəsindən 114 Avə 114B saylı marşurutlarla gələ bilərsiz. Daha geniş məlumat almaq üçün saytımızda hərəkət marşrutları ilə bağlı səhifəyə daxil olun.

Binalarımız ümumiyyətlə 10 mərtəbəlidir, 9 mərtəbəsi yaşayış üçün nəzərdə tutulub. İlk 6 bina tək girişlidir. Sonradan tikilən və gələcəkdə tikiləcək binalar isə 2 girişli nəzərdə tutlub. Hər mərtəbədə 6 mənzil var.

Layihənin girişində 3 HA ərazisi olan geniş və işıqlı CƏNNƏT PARK-ı nəzərdə tutulub. Hər 2 və ya 3 binaya aid əlavə gəzinti və park sahələri olacaq ki, bu da sakinlərin asudə zamanlarında, gözəl təbiətli təmiz ərazidən zövq almağına köməklik edəcək. Qeyd oluna park sahəsinin 40% hissəsi artıq salınıb.

Hər yaşayış binasının alt hissəsində bina sakinləri üçün pulsuz avtodayanacaqlar mövcuddur.

Mənzili sənədləşdirdiyiniz ilk gündən etibarən təmirə başlaya bilərsiz. Aldığınız mənzil tikintisi davam edən binadan olarsa satış ofisinə ərizə ilə müraciət etdikdən sonra və icazə aldıqdan sonra təmirə başlaya bilərsiz. Müştərinin istəyinə görə təmir xidməti təklif edə bilərik.

Bəli, bütün ərazi 24 saat mühafizə kameraları ilə mühafizə olunur. 3 giriş yerində mühafizə postları mövcuddur.

İstifadə olunan su Şollar suyudur. Kompleksin özünün su anbarı var və bütün mənzillər 24 saat işməli su ilə təmin olunur. Bütün mərtəbələrdə eyni təzyiqlə su təminatı mövcuddur.

Bəli hazırda kompleksdə 250-dən çox ailə yaşayır. Kompleskin ərazisində mağaza, uşaq baxçası və bir sıra digər gündəlik tələbat müəssisələri mövcuddur.

Aşağı Güzdək qəsəbəsində avtomobil ilə 10 dəqiqəlik məsafədə məktəb mövcuddur. Bundan başqa yaxınlıqda Müşfiq qəsəbəsində də məktəblər var.

Təmir Xidmətləri