Bağ evi dizaynları (nümunə)


Bağ evi təmirləri (nümunə)



Ev tikintisi layihə həcmindən asılı olmayaraq çətin bir prosesdir. Daha böyük layihə üzrə evlər və villa tikintisi daha böyük çətinlik deməkdir. Bütün bu prosesi idarə etmək ev sahibindən çoxlu zaman, biliklər və maliyyə vəsaiti tələb edir. Bu prosesləri asanlaşdırmaq və xərclərinizi azaltmaq üçün vətəndaşlarımıza həllər təklif edirik.

Nə təklif edirik?
1. Fərdi evlərin tikintisi
2. Bag evlerin tikintisi
3. Villaların tikintisi

Cənnət Park ilə ev tikintisi daha asan

“Cənnət Park” şirkəti açar təslim ev tikintisi təklif edir. Xidmətimizə villa tikintisi və fərqli layihələrlə bağ evi tikintisi daxildir. Mütəxəssislərimiz tərəfindən sizə təqdim olunacaq kataloqdan standart layihələr seçə bilərsiz.

Kataloqda olan layihə və dizaynlarımız qane etmirsə sifarişçinin istəyinə uyğun olaraq istənilən mürəkkəblikdə evlər, villalar tikirik. Siz istəyin biz tikək! Layihələr Bakı və bakı ətrafında, eyni zamanda bölgələrdə həyata keçirilə bilər.

Müasir evin tikintisi ailəni rahat mənzillə təmin edəcək, investisiyaya çevriləcək. Ölkə daşınmaz əmlakı qonşulardan asılı olmamağa, təbiətin gözəlliyindən həzz almağa imkan verən mənzildir. İstilik, kondisioner, digər kommunikasiyalar daimi yaşayış üçün rahat şərait yaradır.

Bizimlə ev tikintisi niyə bu qədər asandır?

Ev tikmək, xüsusən də bağ evi, villa tikmək üçün çox sayda çətinlikləri aşmaq lazımıdr. Torpaq almaq, sənədləşmə, icazə və sairə, sairə, sairə. Bütün bunlar çoxlu vaxt, maliyyə vəsaiti, enerji və dəmir əsəblər tələb edir. Biz sizi bütün bunlardan xilas edəcəyik.
Cənnət Park ev, villa tikintisi üçün bir çox avantajlar təklif edir. Sizin əvəzinizə bunları edirik:

  1. Torpağın tapılması və alınması.
  2. Torpağın sənədləşdirilməsi və ev tikintisi üçün icazələrin alınması.
  3. Evin (villanın) layihələndiriilməsi, dizayn hazırlanması.
  4. Tikintinin aparılması və təmir.
  5. Mebel və dekorların hazırlanması.
  6. Həyətyanı ərazinin abadlaşdırlması və istəyə görə landşaft yaradılması.

Bu müddətdə siz nə edirsiz? Həyatdan ləzzət alaraq bizdən daxil olan hesabatları gözdən keçirirsiz.

Bütün mərhələlər müştəri ilə əvvəlcədən razılaşdırılır, smeta, dizayn təqdim edilir və hesablamalar aparılır.

Müasir villaların tikintisi

Villa tikintisi prioritet sahəmizdir. Cənnət Park istənilən dizaynda villa tikintisi işlərini yerinə yetirir. Layihənin hazırlanmasından tutmuş ərazinin abadlaşdırılmasına qədər hər bir mərhələnin keyfiyyətinə cavabdehik. Standartlara, tikinti normalarına və qaydalarına uyğunluq binanın etibarlılığının, davamlılığının və təhlükəsizliyinin təminatıdır. Tikinti sahəsində uzunillk təcrübəmiz sayəsində bütün layihələrimizi uğurla təhvil vermişik.

Villa tikintisində zövq məsələsi çox mühümdür. Bəzi müştərilərimizin zövqləri bizi çox heyrətləndirir. Təkrarı olmayan və qeyri-adi dizaynlar, texnologiyanın imkanlarını zorlayan üslub və funksionallar istəyirlər. Bütün bunlar bizi qorxutmur. Çünki peşəkar tikinti və dizayn mütəxəssislərimiz istənilən çətinliyin öhdəsindən gələ bilirlər.

Ev tikintisi üzrə işlərin mərhələləri

Torpağın tapılması və alınması

Əlimizdə olan torpaq sahələrinin təklif olunması və ya müştərinin istəyinə uyğun ərazidə ev tikintisi üçün torpaq sahələrinin tapılması

Torpağın sənədləşdirilməsi

Ev tikintisi üçün nəzərdə tutulmuş torpağın satın alınması, sənədləşdirilməsi və ev tikintisi üçün icazələrin alınması

Layihələndirmə

Evin (villanın) layihələndiriilməsi və dizayn hazırlanması

Tikintinin aparılması

Tikinti işlərinin başlanılması və başa çatdıırlması, təmir işləri

Mebellərin hazırlanması

Mebel və dekorların hazırlanması, estetik təmir işləri

Həyətin abadlaşdırılması

Həyətyanı ərazinin abadlaşdırlması və istəyə görə landşaft yaradılması

Bağ evi sxemləri (nümunə)